Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür! (Bəyyinə surəsi, 8)
23 Eylül 2010 Perşembe
ALLAH QORXUSU (Əla Surəsi)
(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! (Əla surəsi, 10)
ALLAH QORXUSU (Naziat Surəsi)
Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır. (Naziat surəsi, 26)
Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə (Naziat surəsi, 40)
ALLAH QORXUSU (Mülk Surəsi)
Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir! (Mülk surəsi,12 )
ALLAH QORXUSU (Talaq Surəsi)
Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurt
ALLAH QORXUSU (Təğabun Surəsi)
Allahdan bacardığınız qədər qorxun. (Sizə verilə öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Təğabun surəsi, 16)
ALLAH QORXUSU (Həşr Surəsi)
Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir. (Həşr surəsi, 7)
Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! (Həşr surəsi, 18)
ALLAH QORXUSU (Hədid Surəsi)
İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir! (Hədid surəsi, 16)
ALLAH QORXUSU (Qaf Surəsi)
Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür! (Qaf surəsi, 33)
ALLAH QORXUSU (Hucurat Surəsi)
Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! (Hucurat surəsi 10)
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Hucurat surəsi 12)
ALLAH QORXUSU (Zumər Surəsi)
Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz! (Zumər surəsi, 20)
Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz! (Zumər surəsi, 23)
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər. (Zumər surəsi, 73)
ALLAH QORXUSU (Yasin Surəsi)
Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə bağışlanacağı və çox gözəl bir mükafata nail olacağı ilə müjdə ver! (Yasin surəsi, 11)
ALLAH QORXUSU (Fatir Surəsi)
Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz.Sən ancaq Rəbbindən görmədikləri halda qorxanları və namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar. Axır dönüş ancaq Allahadır! (Fatir surəsi, 18)
İnsanların, (yer üzündə gəzən) heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır! (Fatir surəsi, 28)
ALLAH QORXUSU (Əhzab Surəsi)
Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır! (Əhzab surəsi, 35 )
O Peyğəmbərlər ki, Allahın hökmlərini təbliğ edər, Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir. (Əhzab surəsi, 39)
ALLAH QORXUSU (Loğman Surəsi)
Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın! (Loğman surəsi, 33)
ALLAH QORXUSU (Rum Surəsi)
Tövbə edərək Ona tərəf dönün. Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın! (Rum surəsi 31)
ALLAH QORXUSU (Muminun Surəsi)
Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən qorxun!" (Muminun surəsi, 52)
Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər (Muminun surəsi, 57)
ALLAH QORXUSU (Həcc Surəsi)
Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir! (Həcc surəsi, 1)
ALLAH QORXUSU (Ənbiya Surəsi)
(Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar. (Ənbiya surəsi, 28)
O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən qorxar və qiyamətdən lərzəyə gələrlər. (Ənbiya surəsi, 49)
Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər. (Ənbiya surəsi, 90)
ALLAH QORXUSU (Taha Surəsi)
Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada (kafirlərə əzab veriləcəyinə dair) təhdidləri (cürbəcür misallarla) təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud (onu öyüd-nəsihətlərindən) ibrət alsınlar! (Taha surəsi, 113)
ALLAH QORXUSU (Nəhl Surəsi)
Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir? – deyə soruşduqda isə onlar: “Xeyir (nazil etmişdir)” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)
Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər! (Nəhl surəsi, 50)
Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!” (Nəhl surəsi, 51)
ALLAH QORXUSU (Rəd Surəsi)
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və pis haqq-hesabdan qorxurlar. (Rəd surəsi, 21)
Allahdan qorxub pis əməllərdən çəkinənlərə vəd edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə Cəhənnəmdir! (Rəd surəsi, 35)
ALLAH QORXUSU (Yunus Surəsi)
Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut edən) dəlillər vardır. (Yunus surəsi, 6)
De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (səhmana salan) kimdir? Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” (Yunus surəsi, 31)
ALLAH QORXUSU (Ənfal Surəsi)
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir! (Ənfal surəsi, 29)
Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (möminlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti bunu bilməz! (Ənfal surəsi, 34)
Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Ənfal surəsi, 69)
ALLAH QORXUSU (Əraf Surəsi)
Ey Adəm oğulları! Sizə içərinizdən peyğəmbərlər gəlib ayələrimi söyləyən zaman Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər! (Əraf surəsi, 35 )
ALLAH QORXUSU (Ənam Surəsi)
Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”. (Ənam surəsi, 72)
ALLAH QORXUSU (Maidə Surəsi)
Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə surəsi, 8)
Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, bir tayfa sizə əl qaldırmaq niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər! (Maidə surəsi, 11)
ALLAH QORXUSU (Nisa Surəsi)
Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (Nisa surəsi, 1)
ALLAH QORXUSU (Ali-İmran Surəsi)
Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! (Ali-İmran surəsi, 102)
Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (Ali-İmran surəsi, 175)
Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Ali-İmran surəsi, 200)
ALLAH QORXUSU (Bəqərə Surəsi)
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim. Yalnız Məndən qorxun! (Bəqərə surəsi, 40 )
Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və ancaq Məndən qorxun! (Bəqərə surəsi, 41 )
Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir! (Bəqərə surəsi, 74 )
Kaydol:
Kayıtlar (Atom)